İdman

“Məğlub olmağı bacarmaq lazımdır” – Qurban Qurbanov

Sharing is caring!

Azərbaycan Kubokunun cavab yarımfinal qarşılaşmasında evdə “Qəbələ” üzərinda 2:1 hesablı qələbə qazanan, lakin səfərdəki 0:1-lik məğlubiyyətə görə finala çıxa bilməyən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

XəbərAl.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

–    Rəqibi təbrik edirəm. Hər zaman demişəm ki, Kubok oyunları çempionatdan fərqlənir. Düşünürəm ki, futbolçularım yaxşı oynadılar. Bir epizodda diqqətsizliyə yol verdik və qapımızda qol gördük.

–    Futbolçulara matçdan dərhal sonra heç bir etiraz etmədiniz?
–    Xeyr. Uşaqlar qalib gəlmək üçün çalışdılar. Məğlub olmağı da bacarmaq lazımdır. Futbolçularımın yanındayam.

–    Fasiləyədək ilk qolu vurduqdan sonra “Qəbələ”nin bir neçə fərqlənmək epizodu oldu. İkinci hissədə yenə də qol vurduqdan sonra qapınız qarşısında qol epizodları yarandı. Bu, futbolçularınızın arxayınlığından irəli gəlmirdi?
–    Qətiyyən. Sadəcə, qapısında qol gördükdən sonra istənilən rəqib daha əzmlə, istəklə irəli atılır. Oyuna nəzarət edirdik. Ancaq bir səhv və yekunda finaldan kənarda qaldıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir