İdman

Dünya çempionu YAP İdarə Heyətinə üzv seçildi — FOTO

Sharing is caring!

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının böyük məşqçisi Rövşən Bayramov Yeni Azərbaycan Partiyasının İdarə Heyətinə üzv seçilib.

XəbərAl.az bildirir ki, “Report”un əldə etdiyi məlumata görə, 40 nəfərdən ibarət siyahıya ikiqat olimpiya mükafatçısı da daxil edilib.

İdarə Heyəti YAP-ın VII qurultayında formalaşıb.

Qeyd edək ki, Rövşən Bayramov 2007-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada, 2008-ci ildə Finlandiyanın Tampere şəhərində Avropa çempionu olub. Sabiq yunan-Roma güləşçisi 2011-ci ildə Türkiyənin İstanbul şəhərində dünya çempionu adını qazanıb. Bayramov 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında gümüş medala yiyələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir