İdman

Olimpiya məşəli estafeti yarımçıq dayandırıla bilər

Sharing is caring!

Tokio Olimpiya Oyunlarının Təşkilat Komitəsi məşəl estafeti zamanı koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə xüsusi tədbirlər planı hazırlayıb.

TASS agentliyi xəbər verir ki, estafet marşrutu ətrafına həddindən artıq insanın toplaşacağı təqdirdə Olimpiya məşəlinin daşınma mərasimi dayandırıla bilər.

Bununla əlaqədar yerli sakinlərdən estafetin canlı yayımını izləməklə kifayətlənməli xahiş olunur.

Təşkilatçılar estafet iştirakçıları, könüllülər və digər cəlb olunmuş şəxslərin maska taxmaq, sosial məsafəni gözləmə və dezinfeksiyaedici maddələrdən yararlanma kimi bütün ehtiyat tədbirlərə əməl edilməsinin vacibliyini də vurğulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir