İdman

150 km/saat sürətlə hərəkət edərkən yıxıldı, amma…

Sharing is caring!

Fransalı dağ-xizəkçisi Maksens Muzaton saatda 150 km sürətlə hərəkət edərkən idarəetməni itirərək yıxılıb, ancaq tez özünü ələ alaraq yoluna davam edib.

Bununla bağlı görüntünü “Life Shot” “Telegram” kanalı yayımlayıb.

Bildirilir ki, maraqlı görüntülər İtaliyanın Kortina d-Ampezzo şəhərində keçirilən Dünya Çempionatındandır.

Videodan görünür ki, sürət yığan 30 yaşlı idmançı xizəklərin öhdəsindən gələ bilmir və yan tərəfə yıxılır. Lakin o, dərhal yana çevrilərək, özünü toparlayır və yarışı davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir