İdman

AFFA “Neftçi“ni 4 800 manat cərimələdi

Sharing is caring!

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

XəbərAl.az xəbər verir ki, iclasdan sonra Premyer Liqanın 15-ci turunda oynanılan “Qarabağ” – “Neftçi” matçında (1:2) baş verənlərlə bağlı qərarlar açıqlanıb.

Matçın 73-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Kevin Medina “aqresiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Klub isə 3200 manat cərimə edilib.

Qarşılaşmanın 22-ci dəqiqəsində “Neftçi”nin oyunçusu Buludov Ömər “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəza alıb. Paytaxt klubu buna görə 1600 manat cərimələnib.

“Neftçi”nin digər üzvü Mamadou Kane qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun, kluba isə 200 manat cəza kəsilib. İkinci sarı vərəqəni alaraq meydandan qovulan “Neftçi”nin futbolçusu Vojislav Stankovic də bir oyunluq cəza ilə üzləşib. Klubu 200 manat cərimə olunub.

“Neftçi”nin 3 futbolçusu qırmızı vərəqə aldığı üçün kluba 4800 manat cərimə də tətbiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir