İdman

“Neftçi“nin yeni legionerinin qiyməti bəlli oldu: 160 min avro!

Sharing is caring!

“Neftçi”nin Bolqarıstan ÇSKA-sından icarəyə götürdüyü Ahmed Ahmedovun müqaviləsinin detalları məlum olub.

XəbərAl.az xəbər verir ki, paytaxt təmsilçisi mövsümün sonunda oyunçunu birdəfəlik transfer etmək hüququna malikdir. Bunun üçün “Neftçi” 150 min avro ödəməlidir.

Bundan başqa, Ahmedovun “Neftçi”də Sofiya təmsilçisindən ikiqat çox maaş alacağı bildirilib.

Qeyd edək ki, “Neftçi” 25 yaşlı hücumçu ilə bu mövsümün sonuna kimi müqavilə imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir