İdman

Azərbaycan Kuboku: “Qarabağ”ın yarımfinaldakı rəqibi bilindi

Sharing is caring!

Futbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı müəyyənləşib.

XəbərAl.az xəbər verir ki, 1/4 finalın cavab görüşündə “Səbail” “Sumqayıt”ı qəbul edib.

“ASCO Arena”dakı qarşılaşma “gənclik şəhəri” təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesab 20-ci dəqiqədə açılıb. “Sumqayıt”ın heyətində Rəhim Sadıxov penaltini dəqiq yerinə yetirib. 3 dəqiqə sonra Əli Qurbani fərqi iki topa çatdırıb. 90+6-cı dəqiqədə isə Əfran İsmayılov penaltidən təsəlli qoluna imza atıb.

“Sumqayıt” ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzmasına baxmayaraq yarımfinala yüksəlib. Komanda bu raundda “Qarabağ”la qarşılaşacaq. Ağdam klubu 1/4 finalın hər iki qarşılaşmasında “Qəbələ”ni məğlub edib – 3:1, 3:0. Yarımfinalın ilk oyunları aprelin 21-də, cavab qarşılaşmaları isə aprelin 29-də keçiriləcək.

Qeyd edək ki, 1/4 finalın digər oyunları fevralın 7-də olacaq. “Kəpəz” “Keşlə”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək. “Neftçi” və “Kəpəz” ilk görüşdə rəqiblərinə 0:1 hesabı ilə uduzublar.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir