İdman

Məşhur futbolçu oyun zamanı qarət edildi

Sharing is caring!

PSJ klubunun futbolçusu Mauro İkardinin evi qarət olunub.

Bu barədə “L`Equipe” nəşri məlumat yayıb.

Qeyd olunur ki, oğurluq hadisəsi PSJ-nin səfərdə “Loryan” klubuna qarşı oynadığı vaxta təsadüf edib. Futbolçu oyunda əsas heyətdə yer alıb.

Argentinalı futbolçunun evindən oğurluq olduğunu növbəti gün İkardinin qulluqçusu aşkar edib.

28 yaşlı hücumçunun zinət əşyaları, saatları və bəzi geyimləri oğurlanıb.

Mənbə yazır ki, İkardiyə 400 min avro məbləğində ziyan dəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir