İdman

“Neftçi”də iki məşqçi təyinatı – RƏSMİ

Sharing is caring!

“Neftçi” Futbol Akademiyasına yeni təyinatlar olub.

Klubun rəsmi saytı xəbər verir ki, Anar Vəliyev U-19, Xalid Bayramov isə U-15 komandasında köməkçi-məşqçi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, Anar Vəliyev bu postda Vaqif Paşayevi, Xalid Bayramov isə Fərrux İsmayılovun gedişindən sonra U-16-ya baş məşqçi təyin olunmuş Vaqif Əliyevi əvəzləyib. Paşayev karyerasını “Zirə”də köməkçi-məşqçi, İsmayılov isə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri kimi davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir