İdman

Kuboku “Barsa“nın əlindən aldılar, Messini oyundan atdılar

Sharing is caring!

İspaniya Superkubokunun qalibi müəyyənləşib.

XəbərAl.az xəbər verir ki, həlledici qarşılaşma “Barselona” ilə “Atletik” arasında keçirilib.

Yarımfinalda müvafiq olaraq “Real Sosyedad” və “Real”ı mübarizədən kənarlaşdıran komandaların final dueli Sevilyada baş tutub. Maraqlıdır ki, bu günə qədər 3 dəfə Superkubokda meydana çıxan “Atletik” bunun hamısında “Barselona” ilə qarşılaşıb.

1983 və 2009-cu illərdə məğlub olan bilbaolular 2015-ci ildə titula sahib çıxıb. Komanda 1984-cü ildə isə qızıl dubl etdiyi üçün avtomatik Superkuboka layiq görülüb.

Turnirin ən çox iştirakçısı olan “Barselona” isə 13 titulla rekordçu idi. 10 dəfə həlledici görüşdə yenilən kataloniyalılar ötən mövsüm də yarımfinalda uduzmuşdu.

“Barselona” yarımfinalda olduğu kimi, bu dəfə də 120 dəqiqə mübarizə aparmalı olub. Çünki matçın əsas vaxtında tərəflər hərəyə iki dəfə fərqləniblər.

Villiamsın 95-ci dəqiqədə vurduğu qol isə “Atletik”ə tarixində 3-cü dəfə Superkuboku qazandırıb. Kataloniyalıların heyətində kapitan Lionel Messi 120+1-ci dəqiqədə qırmızı vərəqə alıb.

“Barselona” – “Atletik” 2:3

Qrizmann, 40, 77 – de Markos, 42, Vilyalibre, 90, Villiams, 94

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir