İdman

Bütün dövrlərin ən yaxşı idmançısı üçün səsverməyə start verildi – VİDEO

Sharing is caring!

Beynəlxalq Dünya Oyunları Assosiasiyası bütün dövrlərin ən yaxşı idmançısını müəyyənləşdirəcək.

XəbərAl.az xəbər verir ki, bunun üçün 24 idman növü üzrə 24 idmançı namizəddir.

Bu gündən səsverməyə start verilib. Səsvermə fevralın birinədək davam edəcək. Azarkeşlər Dünya Oyunlarının saytına daxil olaraq gündə bir dəfə səs verə bilər. Eyni anda iki nəfərə də səs vermək mümkündür. Lakin ilk səs verdiyin şəxsin səsi say olaraq iki hesablanacaq.

Qeyd edək ki, hazırda səsvermə sayında florbol (döşəmədə oynanılan hokkey) idmanı ilə məşğul olan İsveçrə təmsilçisi Matias Hofbauer liderdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir