İdman

Bu gün Çempionlar Liqası və Avropa Liqasının püşkü atılacaq

Sharing is caring!

Bu gün UEFA Çempionlar Liqası və Avropa Liqasında müvafiq olaraq 1/8 və 1/16 final mərhələsinin püşkü atılacaq.

Bakı vaxtı ilə saat 15:00-da Çempionlar Liqasının, bundan bir saat sonra Avroliqanın onlayn püşkatması keçiriləcək. Artıq komandalar səbətlərə bölünüb.

Çempionlar Liqası

Səpələnmişlər səbəti: “Bayern”, “Borussiya” Dortmund (hər ikisi Almaniya), “Mançester Siti”, “Liverpul”, “Çelsi” (hər üçü İngiltərə), “Yuventus” (İtaliya), PSJ (Fransa), “Real” (İspaniya)

Səpələnməmişlər səbəti: “Portu” (Portuqaliya), “Atalanta”, “Latsio” (hər ikisi İtaliya), “Sevilya”, “Barselona”, “Atletiko” (hər üçü İspaniya), “Leypsiq”, “Borussiya” Mönhenqladbax (hər ikisi Almaniya)

Avropa Liqası

Səpələnmişlər səbəti: “Ayaks”, PSV (hər ikisi Hollandiya), “Mançester Yunayted”, “Arsenal”, “Lester”, “Tottenhem” (hamısı İngiltərə), “Şaxtyor (Ukrayna), “Roma”, “Napoli”, “Milan” (hər üçü İtaliya), “Bayer” (Almaniya), “Reyncers” (Şotlandiya), “Vilyareal” (İspaniya), “Dinamo” (Xorvatiya), “Hoffenhaym” (Almaniya)

Səpələnməmişlər səbəti: “Dinamo” (Ukrayna), “Krasnodar” (Rusiya), “Olimpiakos (Yunanıstan), “Zalsburq”, “Volfsberq” (hər ikisi Avstriya), “Yanq Boyz” (İsveçrə), “Molde” (Norveç), “Slavya” (Çexiya), “Benfika”, “Braqa” (hər ikisi Portuqaliya), “Qranada”, “Real Sosyedad” (hər ikisi İspaniya), “Lill” (Fransa), “Makkabi” (Təl Əviv, İsrail), “Antverp” (Belçika), “Srvena Zvezda” (Serbiya)

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final matçları 16-17 və 23-24 fevralda baş tutacaq. Avroliqanın 1/16 final oyunları isə fevralın 18-i və 25-də keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir