İdman

Messi qol sayına görə Pelenin rekorduna çatır

Sharing is caring!

“Barselona” futbol komandasının 33 yaşlı argentinalı hücumçusu Lionel Messi “Levante” (1:0) ilə La Liqanın 13-cü turunun matçında vurduğu qolla əlamətdar nailiyyətin təkrarlanmasının bir addımlığındadır.

XəbərAl.az xəbər verir ki, bu barədə “Football Espana” bildirib.

“Levante”nin qapısına vurulmuş qol “Barselona”nın argentinalı kapitanın karyerasında 642-ci olub. Bir sıra mənbələrin qeyd etdiyi kimi, bu məsələdə müxtəlif mübahisələrə baxmayaraq, Lionel Messinin əfsanəvi braziliyalı futbolçu Pelenin bir klubda vurduğu 643 qolu fəth etməsinə yalnız bir qol qalır.

Xatırladaq ki, Pele 1956-cı ildən 1974-cü ilə qədər vətənindəki “Santos” klubunda çıxış edib, sonra ABŞ-da daha iki mövsüm keçirib.

Qeyd edək ki, 2020-ci ilin sonuna kimi “Barselona” İspaniya çempionatında “Real Sosedad”, “Valensiya”, “Valyadolid” və “Eybar”la qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir