İdman

53 kiloqramlıq qadın çəkisindən 4 dəfə ağır olan adamı nokaut etdi – MARAQLI… + VİDEO

Sharing is caring!

Ötən gecə Rusiyada bənzəri görülməyən bir matç keçirilib.
Sözügedən matç zamanı çəkisi 53 kiloqram olan qadın döyüşçü ilə 240 kiloqramlıq youtuber qarşı-qarşıya gəlib.
XəbərAl.az xəbər verir ki,”Bizim döyüşümüz” adlı matç zamanı rinqə yuvarlanaraq çıxan Qriqori Kistyakov nəhəng cüssəsi ilə rəqibini 1 dəqiqə boyunca qəfəsdən kənarda saxlayıb. Ancaq qadın döyüşçü sərt yumruq və zərbələrlə rəqibindən xilas olmağı bacarıb.
Daha sonra əvvəlki 4 matçının 3-ündə qalib olan Madzyuk rəqibini yerə vuraraq zərbə üstünə zərbə endirib. Öz ağırlığının 4 qatından artıq çəkisi olan rəqibini ilk raundda məğlub edən qadın döyüşçü qalibiyyətinin sevincini yaşayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir