İdman

Avropa çempionumuz cəbhədə vuruşur – FOTO

Sharing is caring!

Qarabağın işğalçılardan azad olunması uğrunda döyüşlərdə Azərbaycan idmançıları da iştirak edir.

Onlardan biri də sərbəst güləş üzrə gənclər arasında Avropa çempionu və hərbçilər arasında keçirilən dünya çempionatının qalibi Qalib Əliyevdir. Bu barədə məlumatı Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi yayıb.

Həmin məktəbin məşqçi müəllimi olan Qalib Əliyev yaralanıb. Əməliyyatdan uğurla çıxan Əliyev tezliklə silahdaşlarının yanına qayıdacaq.

 

Qeyd edək ki, digər idmançılarımızdan MMA döyüşçüləri – Tofiq Musayev, Bəxtiyar Abbasov, güləşçi Əfqan Xaşalov, həmçinin “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfovla Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da müxtəlif cəbhələrdə ordumuza xidmət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir