İdman

Çempionlar Liqası: Liderlər İtaliyada üz-üzə, “Real”ın son şansı – AFİŞA

Sharing is caring!

Bu gün Çempionlar Liqasında III tur start götürəcək.                                      Xəbəral.az xəbər verir ki, turun ilk oyun günündə A, B, C və D qruplarında 8 qarşılaşma baş tutacaq.

Almaniya nəhəngi, turnirin son qalibi “Bavariya” “Zalsburq”un qonağı olacaq. Qrupun digər favoriti “Atletiko” da səfərdə oynayacaq. Madrid təmsilçisi Moskvada “Lokomotiv”in qonağı olacaq.

Yarışa istədiyi kimi başlaya bilməyən və B qrupunda son pillədə qərarlaşan “Real” doğma meydanda “İnter”i qəbul edəcək.

C qrupunun ən maraqlı oyunu Mançesterdə olacaq. “Mançester Siti” “Olimpiakos”u sınağa çəkəcək.

D qrupunda isə İtaliyada liderlər qarşılaşacaq. “Liverpul” “Atalanta”nın qonağı olacaq.

Çempionlar Liqası

Qrup mərhələsi

III tur

3 noyabr
A qrupu

21:55. “Lokomotiv” (Rusiya) – “Atletiko” (İspaniya)
00:00. “Zalsburq” (Avstriya) – “Bavariya” (Almaniya)

B qrupu
21:55. “Şaxtyor” (Ukrayna) – “Borussiya” (Mönhenqladbax, Almaniya)
00:00. “Real” (İspaniya) – “İnter” (İtaliya)

C qrupu
00:00. “Mançester Siti” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan)
00:00. “Porto” (Portuqaliya) – “Marsel” (Fransa)

D qrupu
00:00. “Midtülland” (Danimarka) – “Ayaks” (Niderland)
00:00. “Atalanta” (İtaliya) – “Liverpul” (İngiltərə)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.