İdman

“Davam” təsis olundu: Rəsul Çunayev üzv seçildi

Sharing is caring!

Bu gün “Davam” Ümumrespublika Gənclər Hərəkatının Təşəbbüs Qrupunun media brifinqi keçirilib.

Brifinqdə iştirak edən XəbərAl.Az-ın əməkdaşının verdiyi xəbərə görə, yeni yaradılmış gənclər hərəkatının təşəbbüs qrupunun səkkiz üzvü seçilib.

Bunlar Natiq Mehdiyev, Nihad Allahyarlı, Reyhan Camalova, Sara Rəhimli, Rəsul Çunayev, Sabir Rüstəmov, Məhəmməd Türkmən və Nərmin Knyazlıdır.

“Davam”ın əsas məqsədi ictimai-siyasi proseslərdə aktiv rol almaq, gənclər və idman siyasətinə yeni və fərqli layihələrlə töhfə vermək, şəbəkələşərək böyümək və ətrafına daha çox gənc toplamaqla ölkəmizdə aparılan islahatlar prosesinə fayda verməkdir.

Təşəbbüs Qrupunun hər bir üzvü Azərbaycan gəncliyini bu hərəkatda bir istiqamət üzrə təmsil edəcək. Belə ki, N.Allahyarlı ictimai-siyasi sahədə fəal olan gənclərimizin, N.Mehdiyev ölkəmizin suverenliyi uğrunda canını qurban verən şəhid və qazilərimizin, S.Rəcəbli sosial sahibkarlıqla məşğul olan gənclərimizin, R.Camalova innovativ ideyalı startapçılarımızın, S.Rüstəmov beynəlxalq arenada fəal olan gənclərimizin, R.Çunayev gənc idmançı və çempionlarımızın, M.Türkmən gənc jurnalistlərimizin və N.Knyazlı isə sosial mediada fəal olan gənclərimizin təmsilçisidir.

“Davam”ın ilk sədrinin Nihad Allahyarlı olacağı bildirilib. Ona bu vəzifə yekdil qərara əsasən həvalə olunub.

Allahyarlı qeyd edib ki, ali təhsil ocaqlarında 35 yaşadək gənclərlə iş aparılmaq üçün ofisləri olacaq. Sonda tədbir “Qarabağ Azərbaycandır! İlhamla DAVAM!” şüarı ilə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir