İdman

“Qarabağ” çətin sınaq qarşısında – AFİŞA

Sharing is caring!

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin növbəti qarşılaşmaları baş tutacaq.

Xəbəral.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” klubu yer aldığı İ qrupunda İspaniya “Vilyarreal”ı ilə qarşılaşacaq.

Xatırladaq ki, UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi və Azərbaycan millisi ölkədəki vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirməlidir. Buna görə də “Qarabağ” – “Vilyarreal” oyunu İstanbul şəhərində “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Qarşılaşmanı Çexiyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, qrup mərhələsinin ilk oyununda “Qarabağ” Təl-Əvivdə “Makkabi” klubuna 0:1 hesabı ilə məğlub olub. “Vilyarreal” isə “Sivasspor”a 5:3 hesabı ilə qalib gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir