İdman

“Qarabağ”ın Kipr səfərinin proqramı bəlli oldu – RƏSMİ

Sharing is caring!

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Norveçin “Molde” klubu ilə Kiprdə qarşılaşacaq “Qarabağ”ın səfər proqramı bəlli olub.

Planlar barədə XəbərAl.Az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

“Qarabağ” sabah Kiprin Larnaka şəhərinə yola düşəcək. Komanda birbaşa oyunun keçiriləcəyi Larnaka şəhərinə gedəcək. Uçuş vaxtı saat 11:30-a nəzərdə tutulub.

Komanda saat 19:30-da oyunun keçiriləcəyi “AEK Arena”da məşqə çıxacaq. “Qarabağ” oyun başa çatdıqdan sonra Bakıya dönəcək.

Qeyd edək ki, “Qarabağ” – “Molde” oyunu sentyabrın 16-da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyun Norveç hökumətinin Azərbaycandan qayıdacaq “Molde” futbolçularına 10 günlük karantin tətbiq etməsi səbəbindən Bakıda yox, neytral ölkə kimi Kiprdə keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir