Türkiyə çempionu “Başakşəhər” klubu Mərakeş əsilli belçikalı ulduz futbolçu Naser Şadlini transfer etməyə hazırlaşır.
Bu barədə “Haber Global” məlumat yayıb.
Klub rəsmilərinin sözlərinə görə, 31 yaşlı yarımmüdafiəçi bu gün İstanbula gələcək. İstanbulda tibbi müayinədən keçdikdən sonra N.Şadli ilə iki illik müqavilənin imzalanması gözlənilir.
Qeyd edək ki, N.Şadli karyerasında “Tvente”, “Tottenhem”, “Monaco” və “Anderlext” kimi klubların formasını geyinib.