İdman

Millimizin futbolçusu ABŞ Liqasında fərqləndi – VİDEO

ABŞ Milli Futbol Liqasında çıxış edən Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov növbəti dəfə fərqlənməyi bacarıb.

“Finiks Rayzinq” klubunun futbolçusu olan R.Dadaşov bu dəfə “Las-Veqas Layts” komandası ilə səfər matçında qol vurub. O, 90+5-ci dəqiqədə fərqlənərək son nəticəni müəyyənləşdirib – 2:0.

Son nəticələrə görə, “Finiks Rayzinq” 11 oyundan 23 xalla B qrupunun lideridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir