İdman Manşetüstü

“Barselona” və “Bavariya”dan inamlı qələbə

Sharing is caring!

Avqustun 8-də UEFA Çempionlar Liqasının 2019-2020-ci mövsümünün səkkizdəbir final mərhələsi yekunlaşıb.

Xəbəral.az xəbər verir ki, mərhələnin son oyun günündə iki qarşılaşma oynanılıb.

“Barselona” öz meydanında “Napoli” klubunu qəbul edib. İlk oyunda səfərdə 1:1 hesabı ilə heç-heçə edən kataloniyalılar öz meydanında inamlı qələbə qazanıblar – 3:1.

Günün digər oyununda Almaniyanın “Bavariya” klubu İngiltərənin “Çelsi” komandasını qəbul edib.

Görüş Münhen təmsilçisinin 4:1 hesabı ilə qələbəsi ilə başa çatıb.

Beləliklə, dörddəbir finalda Atalanta” (İtaliya) – “Paris Sen-Jermen” (Fransa), “Leyptsiq” (Almaniya) – “Atletiko” (İspaniya), “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya), “Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa) qarşılaşmaları baş tutacaq.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının qarşılaşmaları növbəti mərhələdən “8-lər finalı” formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir