İdman Manşetüstü

Türkiyə nəhəngi millimizin sabiq məşqçisi ilə maraqlanır

Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Türkiyə nəhəngi “Trabzonspor”u çalışdıra bilər.

Xəbəral.az xəbər verir ki, tərəflər arasında ilkin danışıqlar zamanı razılıq əldə olunduğu bildirilib.

Məlumata görə, xorvatiyalı mütəxəssis Qara dəniz təmsilçisindən illik 1 milyon avro maaş istəyib. Hələ ki? rəsmi müqavilənin imzalanmadığı qeyd edilir.

Qeyd edək ki, R.Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir