İdman Manşetüstü

KİV: Rəşad Sadıqov Türkiyə klubuna keçəndə diqqət mərkəzində olub

Sharing is caring!

Türkiyənin “Eskişehir” klubunda 2010 – 2012 illərində çıxış edən və az müddətdə meydanda olan əcnəbi futbolçularla bağlı araşdırma aparılıb.

Xəbəral.az xəbər verir ki, “Anadolu” qəzetinin siyahısında Azərbaycan millisinin və “Qarabağ”ın sabiq müdafiəçisi Rəşad Sadıqov da var.

Nəşr bildirib ki, 2010/2011 mövsümünün transferlərindən “Qarabağ”dan “Eskişehir”ə keçən Rəşad Sadıqov ən çox diqqət mərkəzində olan futbolçu olub. Lakin mövsümün əvvəlində komandaya qoşulan müdafiəçi qışda Türkiyədən ayrılıb.

38 yaşlı sabiq oyunçu Superliqada cəmi 5 oyunda 90 dəqiqə meydanda ola bilib. Sadıqov “Gençlerbirliği” “Fənərbağça” “Ankaragücü” “Karabükspor” ve “Başakşehir”lə matçlarda iştirak edib.

“Eskişehirspor”da ən az çıxış edən futbolçu isə macarıstanlı Akos Elekdir. 2012-ci ildə icarə əsasında “Videoton”dan komandaya keçən Macarıstan millisinin sabiq üzvü 3 matçda 32 dəqiqə iştirak edib.

Qeyd edək ki, 2011-ci ildən “Qarabağ”da çıxış edən Rəşad Sadıqov 2019/2020 mövsümünün sonunda karyerasını başa vurub. O, bir müddət öncə “Qarabağ”la vidalaşdığını da açıqlayıb. Sabiq müdafiəçinin “Zirə”yə baş məşqçi təyin olunacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir