İdman Manşetüstü

Avropa ölkəsində “Formula 1” 2027-ci ilə qədər keçiriləcək

Sharing is caring!

Macarıstan Qran-prisi ən az 2027-ci ilə qədər “Formula 1” təqvimində qalacaq.

Xəbəral.az  AP nəşrinə istinadən xəbər verir ki, Macarıstan tərəfi yarış rəhbərliyi ilə müqavilənin müddətini daha bir il uzadıb.

Əvvəlki razılaşma 2026-cı ilə qədər qüvvədə idi.

Qeyd edək ki, bu il Macarıstan Qran-prisi təqvimə əlavə edilib və azarkeşsiz keçiriləcək. Ölkədə ilk “Formula 1” yarışı 1986-cı ildə baş tutub. Daha əvvəl “Formula 1” rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 – 7 iyunda keçirilməli idi.

2019-cu ildə Azərbaycan Qran-prisinin keçirilmə müddəti 2023-cü ilədək uzadılıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir