İdman

İtaliya A Seriyasını tərk edəcək sonuncu komanda da bəlli oldu

Sharing is caring!


İtaliya A Seriyasında 2022/23 mövsümünə yekun vurulub.

Oxu.Az xəbər verir ki, 38-ci turda çempion “Napoli” öz meydanında sonuncu sıradakı “Sampdoriya”nı iki qolla üstələyib.

“Atalanta” evdə “Montsa”nı 5:2, “Yuventus” səfərdə “Udineze”i 1:0 məğlub edib. “Roma” isə öz meydanında “Spetsiya”dan üstün olub – 2:1.

Beləliklə, “Atalanta” və “Roma” Avropa Liqasında oynamaq hüququ qazanıblar. “Yuventus” isə Konfrans Liqasına yollanıb. Səfərdə “Milan”a 1:3 uduzan “Verona” 18-ci yeri tutaraq, A Seriyası ilə vidalaşan sonuncu komanda olub. “Spetsiya” da eyni – 31 xal toplayıb, lakin şəxsi oyunlarda üstünlüyə görə komanda elitada mövqeyini qoruyub.

Daha əvvəl “Sampdoriya” və “Kremoneze”nin A Seriyasını tərk edəcəyi dəqiqləşmişdi.

Qeyd edək ki, çempion “Napoli” ilə yanaşı, “Latsio”, “İnter” və “Milan” da növbəti mövsüm İtaliyanı Çempionlar Liqasında təmsil edəcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir