İdman Manşetüstü

Tanınmış futbolçu həbs oluna bilər

Sharing is caring!

İspaniyanın “Atletiko” klubunun futbolçusu Dieqo Kosta vergidən yayınmaqda ittiham olunur.

Xəbəral.az  EFE agentliyinə istinadən xəbər verir ki, prokuror 32 yaşlı hücumçu üçün 6 ay həbs və 500 min avrodan çox pul cəzası tələb edib.

Bu iş üzrə məhkəmə prosesi iyunun 4-ə təyin edilib.

Qeyd edək ki, Dieqo Kosta 2019/2020 mövsümündə 19 matçda iştirak edib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Mart ayında koronavirusa görə dayandırılan İspaniya La Liqası iyunun 11-də qaldığı yerdən davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir