İdman

Fransa millisinin üzvü “Barselona”dan ayrılmaq istəyir

Sharing is caring!


Jül Kunde “Barselona”nı tərk edə bilər.

Fransa millisinin üzvü müdafiənin sağ cinahında oynamasından narazıdır. O, bu barədə baş məşqçi Xaviyə bildirib. Kunde ona daha doğma olan mövqedə – müdafiənin mərkəzində oynamaq istəyir.

24 yaşlı futbolçu sağda alternativinin olmamasından narahatdır. O, belə hesab edir ki, həmin mövqedə ən yaxşı variant hesab olunduğundan Xavi növbəti mövsüm də onu burada oynatmağa davam edəcək.

Kunde keçən ilin yayında “Sevilya”dan “Barselona”ya keçib. O, bu mövsüm Kataloniya klubunun heyətində bütün turnirlərdə 38 oyun keçirib və 1 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: onefootball

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir