İdman

Güllü Ağalarzadə: “İnanırıq ki, olimpiadaya lisenziya qazanacağıq”

Sharing is caring!


“Qarşıda Dünya Kuboku var, eyni zamanda, Valensiyada dünya çempionatı keçiriləcək. Dünya çempionatında olimpiadaya lisenziya qazanmaq şansı olacaq. İnanırıq ki, bu lisenziyanı qazana biləcəyik”.

Oxu.Az xəbər verir ki, bunu bədii gimnastika üzrə Azərbaycan millisinin üzvü Güllü Ağalarzadə mətbuat konfransında deyib.

O, Bakıda keçirilən 39-cu Avropa çempionatında qrup hərəkətləri komandasının qızıl medal qazanmasını yüksək dəyərləndirib:

“Doğma Vətənimizdə Avropa çempionatının keçirilməsinə çox sevindik. Bu, bizim üçün qürurvericidir. Qızıl medal qazanmaq istəyirdik, bunun üçün çox çalışırdıq. Məqsədimizə çatdığımız üçün də sevinirik. Bizi dəstəkləyən hər kəsə – Azərbaycan Gimnastika Federasiyasına, valideynlərimizə, fan-kluba təşəkkürümüzü bildiririk. Bu emosiyaları sözlə ifadə etmək çətindir”.

Yığma üzvlərindən Zeynəb Hümmətova bu uğuru uzun müddətdir bir yerdə olmaları ilə əlaqələndirib. Yelizaveta Luzan və Ləman Əlimuradova bir-birilərini layiqincə tamamladıqlarını söyləyiblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir