İdman

Avrokubokların final oyunlarının hakimləri açıqlanıb – FOTO

Sharing is caring!


UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının final oyunlarında iştirak edəcək hakimləri açıqlayıb.

İyunun 10-u, şənbə günü Atatürk Olimpiya Stadionunda “Mançester Siti” ilə “İnter” arasında keçiriləcək UEFA Çempionlar Liqasının finalında polşalı hakim Şimon Marçiniak fit çalacaq. Pavel Sokolniçki və Tomaş Listkeviç onun köməkçiləri, matçın 4-cü hakimi isə rumıniyalı İştvan Kovaç olacaq.

Macarıstanın paytaxtı Budapeştdəki Ferenç Puşkaş adına stadionda mayın 31-i “Sevilya” və “Roma” komandalarının üz-üzə gələcəkləri UEFA Avropa Liqasının final matçını ingilis hakim Entoni Teylor idarə edəcək. Qari Besvik və Adam Nann Teylorun köməkçiləri kimi çalışacaqlar. Matçın 4-cü hakimi isə Maykl Oliver olacaq.

İyunun 7-si Çexiyanın paytaxtı Praqadakı Eden Arenada “Fiorentina” ilə “Vest Hem Yunayted” arasında keçiriləcək UEFA Avropa Konfransı Liqasının finalı ispaniyalı hakim Karlos del Qerro Qrandeyə tapşırılıb. Qrandenin köməkçiləri Pau Sebrian Devis və Quadalupe Porras Ayuso, matçın 4-cü hakimi isə ispan Xesus Gil Manzano olacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir