İdman

Eduard Məmmədovun növbəti zəfəri – VİDEO

Sharing is caring!


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eduard Məmmədov 18-21 may tarixində Türkiyənin İstanbul şəhərində keçirilən kikboksinqin WAKO versiyası Üzrə Dünya Kubokunda iştirak edib.

Təmsilçimiz 3 döyüş keçirdərək Özgül Sebahattin, Gofurov Qahramon və finalda Türkiyə İdmançısı Sırma Ecvet üzərində qələbə qazanaraq çempion olub.

Qeyd edək ki, Eduard Məmmədov artıq 9 qat WAKO Dünya Kubokunun qalibidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir