İdman

Azərbaycanın qrup komandasına “Audience Award” mükafatı təqdim olunub

Sharing is caring!


Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında “Audience Award” mükafatı təqdim olunub.

“Report”un məlumatına görə, mükafat Azərbaycanın qrup hərəkətləri üzrə gənclərdən ibarət komandasına verilib.

Kollektivin heyətində Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova yer alıblar.

Mükafatın qalibi tamaşaçılar arasında keçirilən səsvermə nəticəsində müəyyənləşib.

Qeyd edək ki, Avropa çempionatının ilk günündə Azərbaycanın gənclərdən ibarət komandası çoxnövçülük və beş topla hərəkətlərdə bürünc medal qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir