İdman

Keçmiş “Barselona”lı Avropa çempionu vəfat edib

Sharing is caring!


İspaniya yığması ilə 1964-cü ildə futbol üzrə Avropa çempionu olmuş Ferran Olivelya 87 yaşında vəfat edib.

Bu barədə bazar günü mərhumun vaxtilə çıxış etdiyi “Barselona” futbol klubunun mətbuat xidməti məlumat yayıb.

Ölümün səbəbləri açıqlanmayıb.

Bildirilib ki, Olivelya futbolçu karyerası ərzində müdafiəçi kimi çıxış edib və 1964-1969-cu illərdə kapitanı olduğu İspaniyanın “Kondal” və “Barselona” komandalarında top qovub.

“Barselona” ilə birlikdə Olivelya iki dəfə İspaniya çempionatının, dörd dəfə ölkə kubokunun qalibi olub, üç dəfə ispaniyalı Yarmarkalar Kubokunun (indiki Avropa Liqası – red.) sahibi olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir