İdman

Bakıda Ukrayna üçün oynayan Putin – FOTO

Sharing is caring!


Bakıda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol üzrə beynəlxalq turnirin qrup mərhələsi başa çatır.

On yığma komandadan altısı bu gün mübarizəni davam etdirir. Onların arasında Ukrayna yığması da var ki, öz heyəti ilə ilk oyundan diqqət çəkib. Belə ki, komandada Putin soyadlı futbolçu oynayır. 16 nömrə altında çıxış edən Viktor Putin hətta qrup mərhələsində Cənubi Afrika ilə matçda (6:1) vurduğu qolla da fərqlənib.

Ukraynalı futbolçu soyadına görə tez-tez həmyerlilərinin inamsızlığı ilə üzləşir. O, bununla bağlı “Teleqraf.com.ua”ya müsahibəsində bildirib ki, bunu anlayışla qarşılayır, lakin bəzən ona və ailəsinə qarşı hədə-qorxu gəlinir. Yeri gəlmişkən, yarımmüdafiəçinin atasının adı da Vladimir olduğu üçün onu hətta telefonla da hədələyirlər.

Futbolçu Polşada yaşayır və aşağı divizion klublarından birində oynayır. O, həmçinin xeyriyyəçiliklə də məşğul olur və bununla doğma ölkəsinə kömək edir.

Qeyd edək ki, Ukrayna yığması Bakıda keçirilən turnirdə çıxışını davam etdirir. Bu gün Putin və komandası pley-offda Çexiya ilə qarşılaşacaq. Qalib yarımfinala yüksələcək. Azərbaycan millisi də eyni mərhələdə Fransa ilə qarşılaşır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir