İdman

“Neftçi”nin baş məşqçisi: “Bizim səviyyəmizdə komanda belə qollar buraxmamalıdır”

Sharing is caring!


“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının XXXII turunda “Qarabağ”a qarşı ev oyununu şərh edib.

Oxu.Az xəbər verir ki, rumıniyalı mütəxəssis 2:4 hesabı ilə məğlub olduqları matçdan sonra təşkil edilən mətbuat konfransında bunları deyib:

“Bu, futboldur. Bir neçə gün əvvəl çox xoşbəxt idik. Bu gün isə neqativik. Erkən qollar buraxdıq. Bizim səviyyəmizdə komanda belə qollar buraxmamalıdır. Kifayət qədər təcrübəli oyunçularımız var. Erkən qolların ardınca qırmızı vərəqə gördük. Bu barədə danışmalı olduğumuzu düşünmürəm. Bundan sonra müdafiə olunub, əks-hücumlar etməyi düşündük. Qol vurduq, amma daha bir asan top buraxdıq. “Qarabağ”ın daha təhlükəli epizodlarının qarşısını ala bildik. Amma sadə qollar buraxdıq. Geridönüş etmək üçün gücümüz qalmadı. 4-cü qolu şərh etmək istəmirəm. Rəqib oyunçu fərdi bacarığından istifadə edib gözəl qol vurdu. Bu matçın taleyi belə idi”.

47 yaşlı çalışdırıcı bürünc medal qazanmalarının onun üçün kifayət etmədiyini söyləyib:

“Növbəti perioda pozitiv yanaşmalı və daha yaxşı oynamalıyıq. Kuboku qazanmalıyıq. Hazırda situasiya belədir. Daha konsentrasiyalı olsaydıq, bu gün ilk qolu bueaxmazdıq. İkinci qol barədə də eyni şeyləri deyə bilərəm. Bu səhvləri etməsək, daha yaxşı ola bilərik. 10 nəfərlə oynamaq asan deyil. 3-cü yer barədə danışmaq istəmirəm. Mövsümü bitirib analiz etməliyik. Mənim üçün bu, kifayət etmir. Daha artığını istəyirəm”.

Baş məşqçi bu mövsüm “Qarabağ”ı heç bir oyunda məğlub edə bilməmələri barədə sualı belə cavablandırıb:

“Bu, böyük mövzudur. Növbəti mövsümə kimi hər şeyi dəqiq analiz etməliyik. İndi konsentrasiyamız qarşıdakı matçlaeadır. Əzmkarlıqla işləyib, kubokunu finalına hazır olmalıyıq”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir