İdman Manşetüstü

Avropa ölkəsində çempionatın bərpa vaxtı açıqlandı, format dəyişdi

Sharing is caring!

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan futbol üzrə Serbiya çempionatının bərpa vaxtı açıqlanıb.

Xəbəral.az Serbiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, liqa mayın 30-da yenidən başlayacaq.

Qurum bu mövsümlük “play-off” və “play-out” matçlarının ləğv olunması ilə bağlı qərar çıxarıb. Çempionatda 4 tur oynanılacaq.

Bu isə o deməkdir ki, növbəti mövsüm Serbiya çempionatı iki dövrədən ibarət olacaq və komanda sayı 18-ə yüksələcək.

Qeyd edək ki, hazırda Serbiya liqasında 16 komanda mübarizə aparır və çempionatda 26 tur oynanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir