İdman

“Formula-1”: Azərbaycan Qran-prisində sprint yarışları təşkil olunacaq

Sharing is caring!


Bu gün Azərbaycan Qran-prisində növbəti yarışlar keçiriləcək.

Oxu.Az xəbər verir ki, həm “Formula-1”, həm də “Formula-2”də sprint təşkil olunacaq.

Azərbaycan Qran-prisində ikinci günün proqramı:

12:30. “Formula-1” – “Sprint Shootout” (təsnifat)

15:00. “Formula-2”də əsas sprint yarışı

17:30. “Formula-1”də əsas sprint yarışı

Qeyd edək ki, ötən gün “Formula-1”də “Red Bull” pilotu Maks Ferstappen birinci sərbəst yürüşdə, “Ferrari”dən Şarl Lekler sıralama turunda lider olublar.

İkinci dərəcəli pilotlarda isə “Prema Racing”dən Oliver Birman hər iki mübarizədə rəqiblərindən üstün olub. Azərbaycan Qran-prisi aprelin 30-da başa çatacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir