İdman

“Arsenal”ın təyyarəsi alovlandı: Uçuş təxirə salındı – FOTO

Sharing is caring!


“Arsenal”ın qadın komandasını Çempionlar Liqasında Almaniyanın “Volfsburq” klubuna qarşı matçdan sonra İngiltərəyə qaytarmalı olan təyyarədə yanğın baş verib.

Hadisə təyyarə havaya qalxarkən yaşanıb. Bu zaman öncə “hava gəmisi”ndən böyük bir zərbə səsi gəlib. Daha sonra təyyarə alovlanıb.

Yanğın nəticəsində uçuş təxirə salınıb və bütün sərnişinlər təxliyə olunublar. Yanğında heç kim xəsarət almayıb.

Komanda Londona bazar ertəsi qayıda bilib.

Təyyarənin motoruna bir quşun daxil olması səbəbindən problemin yaranması qeyd olunub.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir