İdman Manşetüstü

“Sabah” klubu Deviçlə yollarını ayırdı – RƏSMİ

Sharing is caring!

“Sabah” klubu futbolçusu Marko Deviçlə yollarını ayırıb.

Klubun mətbuat xidmətindən Xəbəral.az-a verilən məlumata görə, Ukrayna yığmasının sabiq hücumçusu ilə müqavilə koronavirus pandemiyası səbəbindən başa çatıb.

“Koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq olunmağa başlayanda Marko Deviç klub rəhbərliyinə müraciət edərək ölkəsinə, ailəsinin yanına yollanmaq istədiyini bildirmişdi. Onun bu istəyinə müsbət cavab verilmişdi. Futbolçu ilə klub rəhbərliyi arasında belə bir razılaşma olmuşdu ki, xüsusi karantin rejiminin vaxtı uzadılacağı halda, onun müqaviləsi uzadılmasın. Bu razılaşmaya əsasən, artıq Deviçin “Sabah”la müqavilə müddəti bitib. Markoya kluba verdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq”, – deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Serbiya əsilli Marko Deviç daha əvvəl 2018/2019 mövsümündə “Sabah”da çıxış edib. Ötən yay Serbiyanın “Voydovats” klubuna keçən 37 yaşlı hücumçu cari mövsümün qış fasiləsində yenidən Masazır təmsilçisinə transfer olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir