İdman

Mauro İkardi sosial şəbəkə paylaşımına görə cərimələndi – FOTO

Sharing is caring!


Türkiyə Peşəkar Futbol İntizam Komitəsi “Qalatasaray”ın futbolçusu Mauro İkardini cərimələyib.

Argentinalı hücumçu “Instagram” hesabındakı paylaşıma görə cəzalanıb. O, Türkiyə Kubokunun 1/4 final mərhələsində “Başakşehir”lə matçdan sonra sosial şəbəkədə hakimləri tənqid edib. Bu səbəbdən İkardi 150 min lirə (təxminən 13 200 manat) ödəməli olacaq.

“Qalatasaray” “Başakşehir”ə 2:3 hesabı ilə uduzduğu matçda hakim idarəçiliyindən narazı qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir