İdman Manşetüstü

IOC azərbaycanlı idmançılara təqaüd verməyə davam edəcək

Sharing is caring!

Beynəlxalq Olimpiya Komitəsi (IOC) koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıq üçün idmançılara təqaüd verilməsini davam etdirəcək.

Xəbəral.az-ın  məlumatına görə, bu barədə qurumun rəsmi saytı xəbər yayıb.

Məlumatda bildirilib ki, bu qərar olimpiya həmrəyliyi çərçivəsində 185 milli olimpiya komitəsindən ümumilikdə 1600 idmançıya şamil olunub: “İdmançılara dəstək davam edəcək. 2021-ci ilə qədər ödəniləcək ümumi məbləğ 110 milyon ABŞ dolları təşkil edir”.

Olimpiadaya hazırlaşan Azərbaycan idmançıları da bu imkandan yararlana biləcəklər.

Qeyd edək ki, bu il 24 iyul – 9 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək Oyunlar avqustun 8-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir