İdman Manşetüstü

Bu ölkədə klublara məşq üçün icazə verildi

Sharing is caring!

Avstriya hökuməti ölkənin futbol klublarının aprelin 20-dən məşqlərə başlamalarına icazə verib.

“Report”un “France Presse” agentliyinə istinadən məlumatına görə, belə bir icazə oyunçuların çempionat matçlarına hazırlaşmaları üçün verilib. Baxmayaraq ki, Avstriya çempionatının bərpa müddəti hələ bəlli deyil.

Futbolçuların yoxlanılması da nəzərdə tutulub. Qarşılaşmaların başlamasından ən azı iki gün öncə onların koronavirusa görə yoxlanılması lazımdır. Növbəti qarşılaşmaların azarkeşsiz keçiriləcəyi də vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir