İdman

Messiyə heykəl ucaldıldı: Pele və Maradonanın heykəllərinin yanında qoyulacaq – FOTO/VİDEO

Sharing is caring!


Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Argentina millisinin kapitanı Lionel Messiyə heykəl ucaldıb.

Heykəl ötən gecə Libertadores Kubokunun püşkatma mərasimi zamanı təqdim edilib. Messi Argentina millisinin formasında, əlində dünya kuboku ilə təsvir olunub. Heykəl CONMEBOL-un muzeyində, əfsanəvi Dieqo Maradona və Pelenin heykəllərinin yanında qoyulacaq.

Bundan başqa, Messiyə Amerika üzrə ən yaxşı oyunçu, dünya futbolunun komandanlığını və liderliyini əks etdirən “Futbolun Əsası” təqdim olunub.

Mənbə: “TYC Sports”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir