İdman

Pirlo “Beşiktaş”ın baş məşqçisi ola bilər

Sharing is caring!


“Fatih Karagümrük”ün baş məşqçisi Andrea Pirlo Türkiyədə klubunu dəyişə bilər.

İtalyan mütəxəssisin “Beşiktaş”ı çalışdırmaq variantı var. İstanbul klubunda prezidentliyə namizədlərdən biri onu komandanın başında görmək istəyir.

Pirlonun “Fatih Karagümrük”lə müqaviləsi mövsümün sonuna qədərdir.

Super Liqada 25 matçda 49 xal toplayan “Beşiktaş” 3-cü pillədədir. Komanda lider “Qalatasaray”dan 11 xal geri qalır.

Mənbə: “La Gazzetta dello Sport”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir