İdman Manşetüstü

Mane “Real”a keçsə, “Liverpul” Mbappeni transfer edəcək

Sharing is caring!

“Liverpul” PSJ-nin hücumçusu Kilian Mbappenin alınması üçün mübarizəyə qoşula bilər.

XəbərAl.az xəbər verir ki, bu barədə “The Sun” bildirib.

Məlumata görə, seneqallı hücumçu Sadio Mane yay transfer pəncərəsinə Madrid “Real”ına keçsə, “Liverpul” Mbappeylə danışıqlara başlayacaq. Qeyd edək ki, Manenin “Kral klubu”nun əsas transfer hədəfi olması barədə məlumatlar yayılıb.

Mane İngiltərə çempionatının cari mövsümündə “Liverpul”un heyətində 26 matçda 14 dəfə fərqlənib, habelə 7 məhsuldar ötürmə edib. Onun hesabında həmçinin Çempionlar Liqasının 8 oyununda 2 qol var.

Mbappe isə öz növbəsində Fransa çempionatı çərçivəsində 20 matç keçirib və 18 qol vurub. Hücumçu həmçinin 5 məhsuldar ötürmə edib. Onun Çempionlar Liqasındakı hesabında isə 7 matçda 5 qol var. Futbolçunun klubla indiki razılaşması 2022-ci ilə qədər nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir