İdman Manşetüstü

Bu ölkədə çempionatın bərpa tarixi rəsmən açıqlandı

Sharing is caring!

Futbol üzrə Türkmənistan çempionatında yeni mövsümün bərpa vaxtı açıqlanıb.

XəbərAl.az Türkmənistan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, martın 20-də koronavirus pandemiyası üzündən dayandırılmış yarış aprelin 19-da davam etdiriləcək.

Həmin vaxt IV turun bir oyunu olacaq, “Altın-Asır” – “Kopetdaq” görüşü baş tutacaq. “Nebitçi” – “Energetik”, “Mərv” – Aşxabad”, “Ahal” – “Şaqadam” qarşılaşmaları isə aprelin 20-də təşkil olunacaq.

28-ci Türkmənistan çempionatı 8 klubun iştirakı ilə 4 dövrədən ibarətdir. İlk iki dövrə iyunun 13-dək davam edəcək.

Hazırda turnir cədvəlinə 3 oyunda 7 xal toplayan “Kopetdaq” başçılıq edir. Növbəti pillərdə isə “Ahal” (6 xal) və “Altın Asır” (4) qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir