İdman

İsveçlə oyun öncəsi Azərbaycan millisində ciddi itki

Sharing is caring!


AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə matçda (1:4) xəsarət alan Azərbaycan millisinin üzvü Eddi İsrafilovun durumuna aydınlıq gəlib.

Oxu.Az saytının əldə etdiyi məlumata görə, 30 yaşlı yarımmüdafiəçinin zədəsi ciddidir. O, yığmanın seçmə mərhələnin II turunda İsveçlə oyununu buraxacaq. İsrafilovun konkret nə zaman sıraya dönəcəyi isə hələlik dəqiqləşməyib.

Xatırladaq ki, Eddi Avstriya ilə matçın 60-cı dəqiqəsində zədələnərək Elvin Camalovla əvəzlənib.

İsveç-Azərbaycan matçı martın 27-də keçiriləcək və Bakı vaxtı ilə 23:45-də start götürəcək.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir