İdman

Qara Qarayev: “Türkiyə komandalarına qarşı oynamaq bizim üçün əlavə motivasiyadır”

Sharing is caring!


“Qarabağ”ın futbolçusu Qara Qarayev Türkiyənin “Qalatasaray” klubuna qarşı keçirəcəkləri xeyriyyə oyunu ilə bağlı fikirlərini bildirib.

Oxu.Az xəbər verir ki, təcrübəli müdafiəçi matçdan öncə təşkil edilən brifinqdə bunları deyib:

“Türkiyə komandalarına qarşı oynamaq bizim üçün əlavə motivasiyadır. Oyunun mahiyyətini hər kəs bilir, xüsusi nəyisə qeyd etməyə ehtiyac yoxdur. “Qalatasaray”ı burada qonaq etmək Azərbaycan futbolu və “Qarabağ” üçün xüsusi məqamdır”.

Qarayev əsas heyətlə meydana çıxa bilməmələrinin böyük əhəmiyyət daşımadığını qeyd edib:

“Oyunun digər elementləri haqda danışmaq istəmirəm. Ümid edirəm ki, sabah azarkeşlərin zövq alacağı oyun olacaq. Biz gücümüzü azarkeşlərdən almışıq. Tam heyət olmaq üçün onların dəstəyinə ehtiyacımız olacaq. Milli komandalarda olan oyunçularımız var, ona görə rotasiyalar qaçılmazdır. Türkiyənin ən yaxşı komandasına qarşı oynayacağıq”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir