İdman

İtalyanlar “əbədi şəhər”i ultraslardan necə qoruyacaq?

Sharing is caring!


Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Roma” – “Feyenord” oyunu üçün niderlandlı azarkeşlər İtaliya paytaxtına buraxılmaya bilər.

Bununla bağlı şəhərin meri Roberto Qualtieri daxili işlər naziri Matteo Piantedozidən xahiş edib. O, Romanı qorumaq üçün “çox sərt münasibət” göstərilməsinin lazım olduğunu bildirib.

İtaliya mətbuatı bu xahişin qəbul ediləcəyini yazıb.

Xatırladaq ki, 2015-ci ildə Avropa Liqasında keçirilən “Roma” – “Feyenord” matçından əvvəl niderlandlı ultras qrupu İtaliya paytaxtında ixtişaşlar törədib. Nəticədə fanatlardan 50 nəfəri həbs edilib. İğtişaşlar nəticəsində 13-ü polis olmaqla 18 nəfər xəsarət alıb. Həmin vaxt “əbədi şəhər”ə dəyən ümumi zərərin məbləğinin 5,2 milyon avro olduğu bildirilib.

Bir neçə gün əvvəl isə “Napoli”yə qarşı Çempionlar Liqasının 1/8 final oyunu üçün Neapola gələn Almaniyanın “Ayntraxt” klubunun fanatları şəhərdə iğtişaşlar törədib.

“Roma” – “Feyenord” matçı aprelin 20-də keçiriləcək. Komandalar arasındakı ilk oyun aprelin 13-də Rotterdamda təşkil ediləcək.

Mənbə: wantedinrome.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir