İdman

“Qarabağ” 22 illik rekordu təkrarladı

Sharing is caring!


Azərbaycan Premyer Liqasının XXVII turunda “Sumqayıt”ın qonağı olan “Qarabağ” 6:0 hesabı ilə qalib gəlib.

Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, nəticədə Qurban Qurbanovun yetirmələrinin səfərdəki məğlubiyyətsizlik seriyası 23-ə çatıb. Ağdam klubu cari mövsüm rəqib meydanındakı 14 görüşdə uduzmayıb. Ötən mövsümün son 9 səfərində də xalsız qalmayan Qurbanovun yetirmələri sonuncu dəfə 2021-ci il oktyabrın 25-də “Səbail”lə görüşdə məğlub olub – 1:3. Rəqib meydanında keçirilən son 23 qarşılaşmada 19 qələbəsi olan “Qarabağ” 4 dəfə heç-heçə edib.

Bununla da Azərbaycan çempionatları tarixinin rekordu təkrarlanıb. 1999-2001-ci illərdə ardıcıl 23 səfər oyunundan məğlubiyyətsiz ayrılan “Şəmkir” mütləq rekordçu idi. “Qarabağ” bu göstəricini 22 ildən sonra təkrarlamağa nail olub. Ağdamlılar növbəti səfər qarşılaşmasında yeni rekord müəyyənləşdirə bilər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir